hemle

Kiçik sahibkarların onlayn mağazalarının sayı artır - FOTO

Tarix:17-07-2021, 18:54
Baxış Sayı:317

Bir ay ərzində www.kobmarket.az portalında 55 sahibkarlıq subyekti qeydiyyatdan keçərək onlayn mağazasını yaradıb. Sahibkarlar tərəfindən portala 700 adda məhsul yerləşdirilib.

www.kobmarket.az portalı sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin onlayn satış imkanlarının genişləndirilməsi və məhsullarını geniş alıcı auditoriyasına tanıtması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılıb.

Portalda istifadəçilər üçün vahid ödəniş sistemindən və çatdırılma xidmətlərindən istifadə imkanı mövcuddur. Qeydiyyat prosesi sadədir, sahibkar satışa dair zəruri məlumatları hesabat şəklində portaldan əldə edə bilir.

Sahibkarlar www.kobmarket.az elektron ticarət portalında qeydiyyatdan keçməklə qısa müddət ərzində onlayn mağazasını aça və məhsullarını burada yerləşdirməklə satış imkanlarını genişləndirə bilərlər.

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?