hemle

Lionel Messi və Luis Suares amerikalı azarkeşlərin qəzəbinə tuş gəliblər - SƏBƏB

Tarix:23-07-2024, 14:30
Baxış Sayı:667

Lionel Messi və Luis Suares amerikalı azarkeşlərin qəzəbinə tuş gəliblər - SƏBƏB
"İnter Mayami"nin hücumçuları Lionel Messi və Luis Suares MLS-in ("Major League Soccer" - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı) Ulduzlar Oyununu buraxacaqlar.
Forvard 2024-cü ildə Amerika Kubokunun finalında Kolumbiya ilə matçda (1:0) aldığı zədə səbəbindən sözügedən görüşdə iştirak edə bilməyəcəyini deyib.

"İnter Mayami"nin digər hücumçusu Luis Suares də zədəli olduğunu bildirərək görüşdə iştirak etməkdən imtina edib.

Ulduz futbolçuların "Instagram" hesablarından tətil şəkilləri paylaşmaları isə azarkeşlərin qəzəblənməsinə səbəb olub. Fanatlar Messi və Suaresin tətil səbəbindən görüşə çıxmaq istəmədiklərini bildiriblər.

Qeyd edək ki, MLS Ulduzlar Oyunu iyulun 25-də Kolumbusda (ABŞ) keçiriləcək. Oyunda ən yaxşı MLS futbolçularından ibarət komanda və ən yaxşı Meksika Liqa MX oyunçularından ibarət komanda çıxış edəcək.

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ