hemle

Fransa Argentinanı irqçi şüarlara görə məhkəməyə verəcək

Tarix:17-07-2024, 12:30
Baxış Sayı:712

Fransa Argentinanı irqçi şüarlara görə məhkəməyə verəcək
Amerika Kubokunu qazandıqdan sonra argentinalı futbolçuların irqçi şüarlar səsləndirməsinə görə Fransa Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edəcək.
Buna səbəb "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandesin yayımladığı videoda argentinalı futbolçuların fransızlar haqqında təhqiramiz şüarlar səsləndirmələridr.

Fransa tərəfi, həmçinin Argentina Futbol Federasiyasına müvafiq tədbirlərin görülməsini tələb edən məktub göndərməyi planlaşdırır.

Amerika Kubokunun finalında Argentina Kolumbiyaya əlavə vaxtda qalib gəlib - 1:0. Bu görüşdə yeganə qolu 112-ci dəqiqədə İtaliya "İnter"inin hücumçusu Lautaro Martines vurub. Lionel Messi matçı başa vura bilməyib. O, 66-cı dəqiqədə topuğundakı zədə səbəbindən meydanı tərk edib.

Digər xəbərlər
10:11 Laçında möhtəşəm atəşfəşanlıq
10:07 Sabirabadda FACİƏ - Bir ailə yanaraq məhv oldu (YENİLƏNDİ)
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi