hemle

Amerika Kubokunun final matçının startı izdihama görə bir saatdan çox gecikib

Tarix:15-07-2024, 09:30
Baxış Sayı:654

Amerika Kubokunun final matçının startı izdihama görə bir saatdan çox gecikib
Mayamidə Argentina və Kolumbiya arasında keçirilən Amerika Kubokunun final matçının startı “Hard Rock” stadionunun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.

Bu barədə stadionun sosial şəbəkədəki X səhifəsində məlumat verilib.

“Bugünkü Amerika Kubokunun final matçı öncəsi biletləri olmayan minlərlə azarkeş stadiona daxil olmağa cəhd göstərərək, digər azarkeşləri, təhlükəsizliyi və hüquq-mühafizə orqanlarını həddindən artıq riskə atdı. Giriş prosesinə nəzarət etmək və hər kəsin təhlükəsizliyini təmin etmək üçün qapılar bağlandı”, - bəyanatda deyilir.

Vəziyyət normallaşdıqdan sonra matç 1 saatdan çox gecikmə ilə saat 20:22-də (Bakı vaxtı ilə 05:22) başlayıb. “USA Today” xəbər verir ki, izdihamdan sonra azı 7 nəfər həkimlərə müraciət edib.

Matçın əsas vaxtı 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunun 112-ci dəqiqəsində Argentina millisinin hücumçusu hesabı açıb.

Qolu Lautaro Martines vurub. Bununla da Argentina 16-cı dəfə turnirin qalibi olub və Uruqvay yığmasını üstələyərək Amerika Kubokunda qələbə sayına görə yeganə lider olub.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ