hemle

BU ŞƏXSLƏRƏ MƏZUNİYYƏT VAXTI MÜAVİNƏT VERİLƏCƏK

Tarix:20-05-2020, 19:32
Baxış Sayı:458

Vergi orqanlarının vəzifəli şəxsləri əsas məzuniyyətə çıxarkən onlara ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödəniləcək.

ONN media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Dəyişikliyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay aşağıda göstərilən məbləğdə əlavə haqq ödəniləcək:

1 ildən 5 ilədək – vəzifə maaşının 5 faizi məbləğində;

5 ildən 10 ilədək – vəzifə maaşının 10 faizi məbləğində;

10 ildən 15 ilədək – vəzifə maaşının 20 faizi məbləğində;

15 ildən yuxarı – vəzifə maaşının 30 faizi məbləğində.

Qeyd edək ki, indiyədək vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilirdi:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

Bu Qanun 2020-ci il yanvarın 1-dən tətbiq edilir.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...