hemle

"Kəpəz"in İdarə Heyətinin sədri: Hər kəs klubun maddi vəziyyətini bilir

Tarix:17-07-2024, 16:30
Baxış Sayı:641

"Kəpəz"in İdarə Heyətinin sədri: Hər kəs klubun maddi vəziyyətini bilir
Hər kəs klubun maddi vəziyyətini bilir.

Bunu açıqlamasında “Kəpəz” klubunun İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Klub rəhbəri komandasının 2024/2025 mövsümü öncəsi hədəflərindən danışıb:

"Yeni mövsümdə baxımlı futbol sərgiləməyə çalışacağıq. Ən azı ötənilki yerimizi qoruyub saxlamaq istəyirik. Məqsədimiz Premyer Liqada qalmaq olacaq. Əlimizdə olan imkanlarla bundan artığını etmək mümkün deyil".

"Sarı-göylər"in rəsmisi komandanın yeniləndiyini və baş məşqçi Adil Şükürovun heyəti formalaşdırmağa çalışdığını söyləyib:

“Komandamız məşqləri Gəncədə davam etdirir, yoxlama matçlarını isə Qəbələdə keçirir. Uzun-uzadı danışmağa ehtiyac yoxdur. Hər kəs klubun maddi vəziyyətini bilir. Ötən mövsüm heyətdə çıxış edən futbolçuların böyük əksəriyyətini saxlaya bilmədik. Baş məşqçimiz Adil Şükürov komandanı yenidən formalaşdırmağa çalışır".

İ.Nadiri son olaraq Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ev oyunlarını Tovuz şəhər stadionunda keçirəcəklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Kəpəz" təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirib. Komanda "Turan Tovuz"a 0:4, "Şamaxı"ya isə 1:2 hesabı ilə uduzub.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ