hemle

Qurban Qurbanov: “Ölkədə gücümüzü saxlamalıyıq”

Tarix:29-03-2024, 22:44
Baxış Sayı:427

Qurban Qurbanov: “Ölkədə gücümüzü saxlamalıyıq”

“Belə matçlar futbolçuları daha peşəkar edir”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis Gəncə təmsilçisinə və rəqibin baş məşqçi Adil Şükürova uğurlar arzulayıb:

“Oyunçularımı və klub rəhbərliyini təbrik edirəm. Şadam ki, komandamla çempion olduq”.

Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb:

“İşimiz elədir ki, daim uğurun ardınca getməliyik. Mövsüm boyu yaxşı olmaq istəyiriksə, uğur qazanmalıyıq. Azərbaycan kimi ölkələrdə böyük uğurlar az olur. Futbol elədir ki, daim dəyişikliklər olur. Ölkədə gücümüzü saxlamalıyıq”.

Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb:

“İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olunmayıb. Olsa, bunu müzakirə etməliyik”.

Mütəxəssis çempion heyəti qoruyub saxlamağın çətin olduğunu diqqətə çatdırıb:

“Buna çalışacağıq. Gələn il üçün komandanın potensialı var. Onların ustalıq səviyyəsini artırmağa çalışacağıq. Bəzən düşünmədiyimiz təkliflər olub, futbolçuları saxlaya bilməmişik. Amma əlimizdən gələni edəcəyik”.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR