hemle

Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu - Qurban Qurbanov

Tarix:15-03-2024, 08:53
Baxış Sayı:1

Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu - Qurban Qurbanov


Bu turnirdəki oyunlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib: "Sonadək ağır mübarizə apardılar, çox güc sərf etdilər. Bizim azərbaycanlı azarkeşlərə də minnətdaram. Komandamızın yanında oldular. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm. Həm onlara, həm də özümüzə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi şansdan istifadə etmək istədiklərini bildirib: "Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, buradakı dinamikaya dözməliyik. Öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Belə matçlara bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şeyə real baxmalıyıq. "Qarabağ"ın və "Bayer 04"ün futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsələr, nəticəmiz daha da çox olacaq".

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə yenilib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir