hemle

La Liqa klubunun futbolçuları ölümdən döndülər

Tarix:28-05-2024, 16:30
Baxış Sayı:658

La Liqa klubunun futbolçuları ölümdən döndülər
İspaniya La Liqasında çıxış edən "Kadis" klubunun futbolçuları faciədən son anda xilas olublar.

Belə ki, Kadis şəhərini təmsil edən futbol klubunun heyətinin olduğu təyyarə mühərrikində yaranan nasazlıq səbəbindən Sevilyada məcburi eniş edib.

Hadisə layner havaya qalxdıqdan 10 dəqiqə sonra baş verib.

Qeyd olunur ki, "Kadis"in futbolçuları və məşqçilər heyəti yoldaşlıq oyunu üçün Salvadora uçublar.

Hadisə nəticəsində heç kim xəsarət almasa da, futbolçuların sarsıntı keçirdiyi bildirilir.

Hətta klubun yarımmüdafiəçi Alexandro Fernandes İspaniya mətbuatına verdiyi qısa açıqlamada öləcəklərini zənn etdiyini bildirib:

"Biz artıq öləcəyimizi düşünürdük".

Digər xəbərlər
15:56 Məktəbli formaları ilə bağlı YENİLİK
15:53 Bu tarixdə qısa iş günü olacaq
15:45 "Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:43 Sabah leysan yağacaq, güclü külək əsəcək
15:39 Ukrayna Rusiyanın strateji bazalarını bu məqsədlə vurub: Moskvanın cavabı necə olacaq?
15:36 Adı gizli saxlanılır: İranın Azərbaycana təyin etdiyi yeni səfir kimdir?
15:33 İçərişəhərlə bağlı yeni məhdudiyyət
15:31 İlham Əliyev Pakistanın energetika nazirini qəbul etdi - YENİLƏNDİ