hemle

BU ŞƏXSLƏRƏ XƏBƏRDARLIQ — 15 SENTYABRADƏK VAXTINIZ VAR…

Tarix:20-05-2020, 18:35
Baxış Sayı:408

Akademik borcu olan tələbə sentyabrın 15-dək onun üçün yaradılan imkandan istifadə etməzsə, təqaüd almaqdan məhrum ediləcək.

ONN media xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bildirib.

Onun sözlərinə görə, hər hansı semestrin nəticəsinə əsasən, imtahanların sonunda təqaüd alanların siyahısı müəyyən edilirdi:

“Kimlər müsbət qiymət alıbsa, onlar təqaüd alanların siyahısına daxil edilirdi. İndi isə həmin siyahı imtahan sessiyasından sonra yox, sentyabrın 15-dək müəyyən ediləcək. Bu müddət ona görə sentyabrın 15-dək edilib ki, əgər hər hansı tələbə imtahan sessiyasında iştirak etməyibsə və təqaüdə iddialıdırsa, o, müraciəti əsasında icmal dərslərində iştirak edə bilər. Sonradan təkrar imtahanlarda iştirak edən tələbələr də həmin siyahıya daxil ediləcək. Ondan sonra onların müvəffəqiyyət göstəricisi əsasında qaydalar tərtib ediləcək. Kəsrini sentyabrın 15-dək verənlər təqaüd almaq üçün müsabiqədə iştirak edə bilər. Amma bu, o demək deyil ki, onlar təqaüd alacaqlar. Çünki təqaüd alma ilə bağlı say məhdudiyyəti var”.(azsabah.com)

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi