hemle

"Zirə" Avropa Liqasında mübarizəyə start verir

Tarix:11-07-2024, 11:00
Baxış Sayı:924

"Zirə" Avropa Liqasında mübarizəyə start verir
Bu gün "Zirə" UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.

Təmsilçimiz səfər matçında uğurlu nəticəyə imza ataraq doğma meydanda daha rahat çıxış etmək niyyətindədir. Amma "Şerif"lə görüşdə bu, heç də asan vəzifə sayılmır. Komandalar bu görüşə itkisiz çıxacaqlar.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da "Şerif" İdman Kompleksində reallaşacaq. Görüşü isveçrəli hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, cavab oyunu bir həftə sonra "Liv Bona Dea Arena"da gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


11 iyul

UEFA Avropa Liqasının I təsnifat mərhələsi

"Şerif" - "Zirə"

Saat 21:00, "Şerif" İdman Kompleksi

Digər xəbərlər
09:59 "Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
09:56 Robotlar üçün özünü bərpa edən əzələlər yaradıldı
09:51 Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?
22:11 Qəbələ qibləyə döndü şanından…
22:09 İlk kannabis əsaslı dərman Ukraynaya göndərilir - Tərkibində nələr var?
21:55 Bu restoranlar cərimələndi
21:20 Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? - İki ssenari
10:13 ELOĞLUM FƏXRİMİZDİ