hemle

Prezident İlham Əliyevin dəstək mesajı Türkiyə mediasının gündəminə çevrildi

Tarix:6-07-2024, 14:30
Baxış Sayı:870

Prezident İlham Əliyevin dəstək mesajı Türkiyə mediasının gündəminə çevrildi
Prezident İlham Əliyevin Türkiyə millisinə dəstək mesajı və Merih Demiralın "bozqurd" işarəsi göstərməsinə görə verilən qərarı qınaması qardaş ölkənin mediasında gündəmə çevrilib.
Türkiyənin bir sıra xəbər saytları, həmçinin digər media qurumları Azərbaycan liderinin mesajını paylaşıblar.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev AVRO-2024-ün 1/4 final mərhələsində bu gün Niderlandla qarşılaşacaq Türkiyə millisinə uğurlar arzu edib.

"Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq səkkiz ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edirəm. Xüsusilə, 1/8 final mərhələsində iki qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Niderlandla oyunda qələbə arzu edirəm!

Yaşasın türk dünyası!" - Azərbaycan Prezidenti yazıb.

Digər xəbərlər
09:27 İrana bu qüvvə hücum edəcək, yeni dövlət yaradılacaq - Ssenari
09:24 Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil
09:20 Türkiyədə 75 nəfərlik qrup itkin düşdü
09:18 ŞOK İDDİA: "Xameneini qəsdən sağ buraxıblar ki..."
09:16 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
22:56 Biz Türkiyə mediasından bunu gözləmirdik! - RƏSMİLƏR NİYƏ SUSUR?
22:53 ABŞ səfirliyi vətəndaşlarına ÇAĞIRIŞ ETDİ - İranı Azərbaycan vasitəsilə tərk edin
22:50 Güclü qasırğa Ermənistanda şəhəri ALT-ÜST ETDİ - Xəsarət alanlar var