hemle

Emin Əmrullayev kişi və qadın basketbolçularımızı təbrik edib

Tarix:10-06-2024, 09:00
Baxış Sayı:787

Emin Əmrullayev kişi və qadın basketbolçularımızı təbrik edib
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev kişi və qadınlardan ibarət basketbol üzrə milli komandalarımızı Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanmaları münasibətilə təbrik edib.

Federasiya rəhbəri bununla bağlı “X”dəki hesabında paylaşım edib.

“Kişi və qadınlardan ibarət milli komandalarımız 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində bütün oyunlarda qalib gələrək avqust ayında Avstriyanın paytaxtı Vyana şəhərində keçiriləcək Avropa Kubokunun final mərhələsinə vəsiqəni təmin ediblər. Təbriklər və uğurlar!”, - nazir sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununda Kipr seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşündə Kipr seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ