hemle

Siyəzəndə Azərbaycan polisinin yaranmasının 106 illiyi qeyd olunub

Tarix:3-07-2024, 17:30
Baxış Sayı:712

Siyəzəndə Azərbaycan polisinin yaranmasının 106 illiyi qeyd olunub
Siyəzən Rayon Polis Şöbəsində (RPŞ) Azərbaycan polisinin yaranmasının 106 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ulu Öndəri Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra tədbir şöbədə davam etdirilib.

RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bayram münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edənlər Azərbaycan polisinin 106 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Daha sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşı mükafatlandırılıb.

Digər xəbərlər
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi
16:42 XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olundu
16:41 Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar