Deputat uşaq pulunun bərpa olunmasını təklif edir.
“Bu gün Azərbaycan xalqının hamısı uşaq pulunun bərpa olunmasını tələb edir”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, hamının tələb etdiyi, bu qədər narazılıq yaradan uşaq pulu məsələsinin bərpa olunması üzərində hökumət işləsə yaxşı olar:
“Ünvanlı sosial yardımla uşaq pulunun bərpa olunması arasında elə çox fərq yaranmır. Mən hesablamalar apardım bu rəqəm 70 milyonu keçmədi. İqtisadçılardan da bu məsələyə diqqət yetirmələrini təklif edərdim. Eyni zamanda hökumət də bu məsələyə baxsın. Çünki bu siyasi etimad məsələsidir”. T. Kərimli qeyd edib ki, bir çox deputatlar sosial şəbəkələrin qurbanı olub: “Bizim sözlərimiz çox vaxt konteksdən çıxarılaraq təqdim olunur. (ölkə.az)
ONN İnformasiya Agentliyi