hemle

Samur çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının görüşü olub

Tarix:29-06-2024, 13:00
Baxış Sayı:648

Samur çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının görüşü olub
Qusarda Azərbaycan və Rusiya arasında "Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 26-cı görüşü keçirilib.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları AgentliyI xəbər verir.

Məlumata görə, görüş Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Agentliyin tabeliyindəki Regional Su və Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfindən həmsədri, bu ölkənin Su Ehtiyatları Federal Agentliyinin rəhbərinin müavini Vadim Nikonorovun rəhbərliyi ilə baş tutub.

İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Xarici İşlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib. Görüşdə Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü, monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılıb, görüləcək tədbirlər barədə protokol imzalanıb.

Digər xəbərlər
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi
16:42 XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olundu
16:41 Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar