hemle

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub

Tarix:29-06-2024, 12:00
Baxış Sayı:598

Hacıqabulda sel səbəbindən 81 sakin FHN tərəfindən təxliyə olunub
Hacıqabulda 8-i uşaq olmaqla 81 sakin FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Qeyd edək ki, son günlər aramsız yağışlar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb. Sakinlərin daha əvvəl “Report”un Aran bürosuna verdiyi məlumata görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib. Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalı Baloğlan kəndində onlarla ev su içində qalıb. Eyni zamanda əkin sahələri də su altındadır.

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?