hemle

Biləsuvardakı hadisə ilə bağlı FHN-dən - Açıqlama

Tarix:31-05-2023, 10:59
Baxış Sayı:77

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Bölgədə əməliyyat şəraiti qiymətləndirilib və aparılan təhlillər nəticəsində ehtimal edilən sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğanlı kəndlərinin sakinlərinin təxliyəsi barədə qərar qəbul olunub.

FHN-in qüvvələri Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə birlikdə adıçəkilən kəndlərin əhalisini təhlükəsiz əraziyə təxliyə ediblər.

Operativ olaraq Bolqarçay çayı üzərində sel təhlükəsi aradan qaldırıldıqdan sonra təxliyə olunmuş əhalinin yaşayış yerlərinə qaytarılması təmin olunub.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı