hemle

İranda prezident seçkisində səsvermə başa çatdı

Tarix:29-06-2024, 09:30
Baxış Sayı:529

İranda prezident seçkisində səsvermə başa çatdı
İranda keçirilən növbədənkənar prezident seçkisində səsvermə başa çatıb.

Səsvermə prosesi üç dəfə uzadılıb və nəticədə 16 saat davam edib.

Artıq bütün seçki məntəqələrində səslərin hesablanması prosesinə başlanılıb.


28.06.2024, 22:54

İran Seçki Komissiyası prezident seçkisi üçün səsvermə vaxtını üçüncü dəfə uzadıb.

Əvvəlcə yerli vaxtla saat 18:00-dan 20:00-a, sonra isə saat 22:00-a qədər uzadılan səsvermə artıq saat 00:00-da bitəcək.

Üçüncü uzadılma çox güman ki, sonuncu olacaq və bundan sonra səslərin hesablanması başlayacaq.

Mənbə: TASS

21:24

İranın Seçki Qərargahı prezident seçkisində səsvermə vaxtını yenidən uzadıb.

İndi vətəndaşlar yerli vaxtla saat 22:00-a qədər (Bakı vaxtı ilə saat 22:30-a qədər) səs verə bilərlər.

Daha öncə səsvermə yerli vaxtla 18:00-dan 20:00-a (Bakı vaxtı ilə 20:30-a qədər) uzadılmışdı.

Məlumata görə, günün istisi səngidikdən sonra səs vermək istəyənlərin böyük növbələri yaranıb. Bu gün günorta Tehranda havanın temperaturu 36 dərəcəyə yüksəlib. İranın cənubunda hava daha da isti olub. Məsələn, ölkənin cənub-qərbində yerləşən Əhvaz şəhərində termometrlər 46 dərəcəni keçib.


Mənbə: TASS

19:00

İranda prezident seçkisi üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-a (Bakı vaxtı ilə saat 20:30-a qədər) uzadılıb.

Bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

"Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat, saat 20:00-a qədər uzadılıb", - deyə o bildirib.

Mənbə: TASS

09:00

Bu gün İranda yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 8:30) növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə başlayıb.

Artıq ölkənin ali dini lideri ayətullah Əli Xamenei səsvermə məntəqəsinə gələrək səs verib. O, mətbuat qarşısında çıxış edərək bildirib ki, seçki günü iranlılar üçün sevinc və xoşbəxtlik günüdür.

"İnsanları bu mühüm siyasi sınaqda - səsvermədə iştiraka ciddi yanaşmağı və səsvermədə iştirak etməyi tövsiyə edirik. İnsanlar səs verməkdən çəkinməməlidirlər", - deyə Əli Xamenei əlavə edib.

Məlumat üçün əlavə edək ki, İranda dövlət başçısı postu uğrunda dörd namizəd mübarizə aparır.

Seçkidə əsas mübarizənin islahatçı namizəd hesab edilən Məsud Pezeşkianla mühafizəkar Səid Cəlili arasında gedəcəyi bildirilir.

27 iyun, 21:36

İranın Yeni Zelandiyadakı səfirliyində səsvermə prosesinin başlaması ilə İranda prezident seçkisi rəsmən başlayıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

İran prezidenti seçkisi Vellinqtonla yanaşı, Yeni Zelandiyanın Oklend və Kraystçorç şəhərlərində də keçirilir.

İranda seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 09:30) açılır.

Namizədlikləri ilkin olaraq İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən təsdiqlənən altı siyasətçidən dörd iştirakçı prezidentlik yarışında qalıb.

Xatırladaq ki, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra iyunun 27-də Tehran meri Əlirza Zəkani də oxşar qərar qəbul edib. O, mühafizəkarlar qanadından iki əsas namizədin - parlamentin spikeri Məhəmməd Baqir Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilinin müdafiəsi ilə bağlı çıxış edib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş nazir Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ