hemle

Düşüncənin Ruh yüksəkliyi, insan qəlbinin həyat işığını artırır.

Tarix:28-06-2024, 16:00
Baxış Sayı:1 032

Düşüncənin Ruh yüksəkliyi,  insan qəlbinin həyat işığını artırır.
Duyğuların gözəlliyi, insan qəlbinin həyat eşqini çoxaldır.
Hisslərin harmoniyası, insanın ozününün -özüylə fikir mübadiləsini tənzimləyir.
Həyat işığının axtarışı, insan zəkasının gücündən asılıdır.
İşıqlı həyat eşqinə sahib olmaq, insanın mənəvi aləminin sublimasiyasından yararlanır.
İnsanın özünün- özüylə apardığı fikir mübadiləsi , onun həyat düşüncəsinin ruhaniyyətindən qidalanır.
Çağdaş şerimizin sənət-söz dünyasına rəng qatan şairələrimizdən biri də Konul Şirvanlıdır.
Şairin poeziyasının həyat müstəvisində, insanın mənəvi dünyasının ruhunda həyat eşqinin çalarları əks olunur.
..

"Dərd" geyindi , "çuxa" mı,
"Həsrət" bükdü, "yaxa" mı...
Səbri, "iman" toxumu ,
Yaradana, "həmd" olsun!

Günəş batdı içimdə,
Qəm karvanı, "köç"ümdə...
Sığal gördüm saçımda, -
Yaradana, "həmd" olsun!


...

Həyat müstəvisi, insanın könül dünyasının aynasıdır.
Həyat müstəvisi, insanın yaşam tərzininin görsənən üzüdür.
Həyat müstəvisi, insanın yaşadığı həyatın unudulmayan canlılığıdır.
İnsanın könül dünyasının aynasında, onun həm keçmişi əks olunur, həm də gələcək arzularının umacaqları.
Yaşam tərzininin həyat üzünün canlılığı, insanın könül dünyasının saflığına aydınlıq gətirir.
Keçmişin işığında gələcək axtarışı , insanın mənəvi həyat körpüsünün sağlamlığını ortaya qoyur.
..

Geriyə boylananda,
Gördüm, "xarabalıq" dı !
Ömrü, bölənlər- bölüb,
Yerdə qalan, "qalıq"dı!

Geriyə boylananda,
Dərd oynadı yerindən ..
İnsanlıq görünmürdü,
Vicdanların, "kir" indən!

Geriyə boylananda,
Günəş "qara", Ay " qara !
"Kürək", çəkirdi ömür,
"Zülməti" , yara- yara !

...
Məhəbbət, insanın mənəvi dünyasının ruhu həyat dözgüsdür.
Məhəbbət, insanın könül dünyasının həyat bağlantısıdır.
Məhəbbət, insan hisslərinin ən ali düşüncəsinin "öz"üdür.
İnsan qəlbinin ruhu həyat dölgüsündə, sevginin gücü var.
Könül dünyasının bağlantısı, insan qəlbinin həyat eşqini yaradır.
Insanın ali hisslərinin, "oz" ü, həyati hisslərin harmoniyasını üzə çıxardır.


Məhəbbətdən, "şer" yaza bilmirəm,
O "duyğu"dan, çoxdan küsüb getmişəm.
Kim deyir ki, daha sevə bilmirəm ?
Mən ömrümü, sevgiyə həsr etmişəm !

Olubsa da gözlərimdə, yaş- gilə,
Boylanmışam, bu həyata eşq ilə..
Tab gətirib, hər acıya - müşgülə,
Bu dünyanın, "sınağı" nı sevmişəm!

...
İnsanın könlü, insanın həyata şüurlu münasibətini yaradır.
İnsanln könlü, insanın mənəvi dünyasının ruhi əksini aşkarlayır.
Insanın könlü, insanın arzu və istəklərini həyata bağlayır.
Həyata şüurlu münasibətin qarşılığı , insanın özünü tapmasıdır.
Mənəvi dünyanın ruhi əksi, insanın əməlindədir.
Arzu və istəklərin həyat bağlılığı, insanın həyat duruşu ilə ölçülür.
Könül Şirvanlının lirikasının həyati rəngarəngliyi, insan hisslərinin dolğunluğu ilə seçilir.
..

Bir gün məni itirsən,
Darda düşün, darda gəz !
Görsən, izim bilinmir, -
Səslən, intizarda gəz !

Tapammasan üzülmə,
Düşün, xəyal olmuşam ..
"Qorxu" olub, "dərd" olub ,
Gözlərinə dolmuşam!

...

Qəlbin həyat ruhaniyyətindən yaranan əsərlərdə, insanın mənəvi dünyasının ruhi həyat eşqi əks olunur.
Ruhun həyat düzəni, daima insanın yaşam tərzininin görsəl üzüdür.
Könül dünyasının həyat iztirablarını n verdiyi kədər hissi, daima insanın mənəvi aləmini tənzimləməyə xidmət edir
Mənəvi hiss, insanın könül axtarışını həyata şüurlu şəkildə bağlayır.
Həyat tərzinin sağlamlığını yaradan ruhi sağlamlıqdır.
Kədərin həyat məntiqi, insanın ruhunun iradə gücünü nümayiş etdirir
Könül Şirvanlının lirikasının həyat ritorikası, insanın mənəvi aləminin gözəlliyini əks etdirir.
. ..

Qələm burda, mən də burda,
Dərdləşirik, Söz ağlayır...
İstəyirik , qaçaq dərddən,
Arxamızca, göz ağlayır!

Ürək vurub, ömrü başa,
Arzu - ümid, çıxıb boşa ...
Xəyallar da, dəyib daşa,
"Çınqı" çıxıb, köz ağlayır!

...

Ruh , insanın əbədi dünyasının həyat ritmidir.
Ruh, insanın mənəvi dünyasının ülviyyətidir.
Ruh , insanın könül sevgisinin həyat axtarışıdır..
Əbədi dünyanın həyat ritmi , ruhun həyat atəşindən doğan arzuların gücündən asılıdır.
Mənəvi dünyanın ülviyyəti, insanın yaşam tərzininin həyat üzünün canlılığı ilə yaranır.
Könül sevgisinin hədəfində, həyat insanın ruh yüksəkliyi var .
Könül Şirvanlının lirikasının həyat ritorikası öz sağlam həyat eçqi ilə seçilir daima..
.

Ən gözəl dostlara, Şirvan elindən,
Laləli- nərgizli, gel gətirmişəm..
Şerdən-nəğməgən,min çələng hörüb,
Arzulu- dualı, dil gətirmişəm!

Aşmışam dağların, keçmişəm düzün,
Basmışam bağrına, hər odun - közün..
Kökləyib saz üstə, ən şirin Sözün,
Coşdurub sevdasın, sel gətirmişəm !

..

Vida , insanın insana olan "ünsiyyət bağının" sonlanmasıdır.
Vida , insanın yaşam duyğusunun "həyat bağının" itməsidir.
Vida , insanın könül körpüsünün "sevgi bağının " qırılmasıdır.
Ünsiyyət bağının sonlanması, əlaqələrin durğunluğu ilə qurtarır.
Həyat bağınln itməsi, yaşamın sona çatması anlamını daşıyır.
Sevgi bağının qırılması, nifrətin yaranması ilə nəticələnir..
Könül Şirvanlının poeziyasının həyat ruhu sağkam düşüncənin həyati-psixoloji ruhundan yaranan duyğularla tənzimlənir daima.

..
Burda son ayrılıq, burda son " vida",
Günəşin bərq vurub, batdığı yerdi...
Böyümək həvəsli, gənclik xəyallı,
Arzular, - ünvana, çatdığı yerdi!

Keçmişlə - gələcək, durub üz - üzə,
Duyğular, nə sətrə- sözə sığmayır..
Bitir bir "hekayə" , ayrılır dostlar,
İndidən bu həsrət, gözə sığmayır !

...

Lirik düşüncə , insanın könül dünyasının həyat bağlantısıdır.
Lirik düçüncə , insanın mənəvi dünyasının ruhi həyat döngüsdür.
Lirik düçüncə , insanın könül sevgisinin həyat axtarışıdır.
Könül Şirvanlının lirikasının həyat hədəfində, insan qəlbinin həyəcanverici duyğuları öz əksini tapır.
Şairənin poeziyasının həyat müstəvisində insan hisslərinin dolğunluğu öz həyat ruhunun ifadəliliyi ilə əks olunur .
Uğurlar arzulayıram Şairə xanıma.
..
Hörmətlə:
Filoloq, Nəsib Abid
26 iyun 2024-cü il.

Digər xəbərlər
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı
10:38 COP29-un iştirakçısı: "Azərbaycanda az inkişaf etmiş ölkələrin problemləri gündəmə gətirilir"
10:33 Eynşteynin nisbilik nəzəriyyəsi təsdiqləndi
10:29 Türkiyədən ABŞ-a "Suriya" təklifi: Ankara görün hansı şərtləri irəli sürdü
09:22 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus YAYILIR
09:15 Qərbin şok planı yayıldı: Belarusa hücum olacaq - Bu ərazilər tutulacaq