hemle

Medvedçukun həyat yoldaşı kömək üçün Ərdoğana müraciət etdi - VİDEO

Tarix:13-04-2022, 22:12
Baxış Sayı:211

Ukrayna müxalifətində “Ömürlük” partiyasının həbsdə olan rəhbəri Viktor Medvedçukun həyat yoldaşı prezident Vladimir Zelenskiyə müraciət edib.

hemlemedia.az “RİA Novosti“yə istinadən xəbər verir ki, Oksana Marçenko Vladimir Zelenskidən deputatı dərhal azad etməyi tələb edib:
“Heç şübhəsiz ki, həyat yoldaşım Ukrayna qanunlarına və beynəlxalq hüquqa zidd olaraq siyasi motivlərlə saxlanılıb. Onun həyatı üçün təhlükə olmamalıdır. Cavabınızı gözləyirəm”.

Marçenko vurğulayıb ki, Medvedçuk Ukraynanın heç bir qanununu pozmayıb və həmişə sülhün tərəfdarı olub.

Siyasətçinin həyat yoldaşı kömək üçün Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğana da müraciət edib.

“Mən Viktorun həyatı üçün çox narahatam. Sizin böyük səlahiyyətiniz var. Sizə hörmət edilir və sizin sözünüzə qulaq asırlar. Hörmətli cənab Prezident, sizdən xahiş edirəm ki, həyat yoldaşım Viktor Medvedçuku azad etmək üçün öz təsir imkanlarınızdan istifadə edəsiniz", - deyə Marçenko deyib.

[media=https://youtu.be/6z9WYbBrONY]

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu