hemle

Kadırov Zelenskiyə müraciət etdi

Tarix:15-02-2022, 07:43
Baxış Sayı:195

Kadırov ukraynalıların keç bir kənar təsir olmadan tarixi ədaləti bərpa edəcəyinə inamını da ifadə edib.

Cənab Zelenski! Təlxəklik zamanı sona çatdı. Artıq geridönməz nəticələrin qarşısını almaq üçün öz xalqına borcunu yerinə yetirmək zamanıdır.

hemlemedia.az RİA-ya istinadla xəbər verir ki, bu sözlər Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukrayna lideri Vladimir Zelenskiyə müraciətində əks olunub.

Kadırov bildirib ki, hazırda Minsk razılaşmalarını icra etmək heç vaxt olmadığı qədər vacibdir:

“Nə Rusiya Prezidenti Vladimir Putin eskalasiya istəyir, nə də rus xalqı. Konstitusiya və xalqın təhlükəsizliyinin qarantı kimi, sülhün bərpası üçün sizdən asılı olan hər şeyi etməyə borclusunuz”.

Ukrayna sakinlərinə üz tutan Kadırov bu ölkəni sevdiyini qeyd edib:

“Orta məktəbdə “SSRİ tarixi”ndən öyrənmişəm və bilirəm ki, rus dövlətçiliyinin və provaslavlığın beşiyi Kiyev Rus dövlətidir. Ruslar və ukraynalılar ümumi tarixi, mədəniyyəti və dini ilə bir olan slavyan xalqıdır. Mən heç vaxt inanmaram ki, Ukrayna xalqı özünü, necə deyərlər, bütün deqradasiya olunmuş dəyərləri və rusofobiyası ilə “Qərb dünyasının” bir hissəsi saysın”.

Kadırov ukraynalıların keç bir kənar təsir olmadan tarixi ədaləti bərpa edəcəyinə inamını da ifadə edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir