hemle

Naxçıvanda güclü yağış bəzi avtomobil yollarında məhdudiyyət yaradıb

Tarix:26-06-2024, 11:00
Baxış Sayı:766

Naxçıvanda güclü yağış bəzi avtomobil yollarında məhdudiyyət yaradıb
Naxçıvanda güclü yağış nəticəsində bir neçə avtomobil yolunda məhdudiyyət yaranıb.

Bu barədə "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi"nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Şahbuz rayonunun Ayrınc, Qızıl Qışlaq və Kükü kənd ərazisində müşahidə olunan güclü yağış avtomobil yollarının hərəkət hissəsində məhdudiyyət yaradıb.

Problemlə bağlı məlumat daxil olan kimi qeyd olunan ərazilərə Agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunublar.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

21:10

Şahbuza yağan güclü yağış fəsadlar törədib.

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti nəticəsində Şahbuz rayonunun bəzi kəndlərinə güclü yağış yağıb.

Yağışdan sonra Şahbuz rayonundan Ayrinc, Kükü kəndlərinə gedən yol bağlanılıb, avtomobillər yolda qalıblar. Güclü yağış və sel rayonun Ayrinc kəndində dağıntı və fəsadlar törədib, yollar bağlanıb.

Digər xəbərlər
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi
16:42 XTQ-nin yaradılmasının 26-cı ildönümü qeyd olundu
16:41 Kamran Əliyevin səlahiyyət müddəti sabah bitir - Hansı qərar veriləcək?
10:59 Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO
10:56 Gənc yaşda dolğu edənlərə XƏBƏRDARLIQ - 10 il sonra üz dərinizdə...
10:47 Yuxuya gedərkən "yıxılma hissi"nin gözlənilməz səbəbi açıqlanıb
10:45 Uşaq müalicəsində buraxılan təhlükəli səhvlər: Aspirin və antibiotiklərə aid vacib faktlar