hemle

Azərbaycan millisinin məşqçisi: Hələ ki, Fernandu Santuşla görüşmək imkanım olmayıb

Tarix:21-06-2024, 15:00
Baxış Sayı:704

Azərbaycan millisinin məşqçisi: Hələ ki, Fernandu Santuşla görüşmək imkanım olmayıb
Hazırda öz işimə davam edirəm. Hələ ki, Fernandu Santuşla görüşmək imkanım olmayıb.

Bunu açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib.

53 yaşlı mütəxəssis hələ işinin başında olduğunu, lakin millinin yeni baş məşqçisi Fernandu Santuşla görüşmək imkanı tapmadığını bildirib: “Çünki onun səfəri çox qısa çəkdi. AFFA-dan bildiriblər ki, baş məşqçi iyulun əvvəlində gəldikdən sonra bütün məsələlərə aydınlıq gələcək. Hələ ki, fasilədir, klublarımız da istirahətdədir. Hazırlıq dönəmi başlayanda, yəqin ki, baş məşqçi də gəlib planlarını açıqlayacaq”.

Qeyd edək ki, AFFA rəhbərliyi Fernandu Santuş ilə "3+1" illik müqavilə bağlayıb. Onun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu