hemle

Dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri artıb, həcmi cüzi azalıb

Tarix:17-06-2024, 13:00
Baxış Sayı:815

Dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri artıb, həcmi cüzi azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 861 milyon 409 min ABŞ dolları dəyərində 1 milyon 122 min 23 ton yük daşınıb.
Bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 16,9 % çox və 1 % azdır.

Beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 29 min 529 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,2 % az), dəyəri 46 milyon 852 min ABŞ dolları (40,9 % az) olub.

İdxal olunan yüklərin həcmi isə 1 milyon 92 min 493 ton (0,8 % az), dəyəri 814 milyon 557 min ABŞ dolları (21,4 % çox) təşkil edib.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir