hemle

ÇİMƏRLİYƏ BELƏ GEDƏCƏYİK – YENİ QAYDA

Tarix:18-05-2020, 19:41
Baxış Sayı:492

Çimərliklərlə bağlı qaydalar hazırlanır və komissiya yaradılıb.

ONN media xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

“İlk olaraq sosial məsafə saxlanılmalıdır. Bəzi çimərliklərdə sıxlığın müşahidə olunması qaçılmazdır. Buna görə də onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq”.

O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı administrasiya yaradılıb və nəzarət olunacaq.

İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib: “Buraya turizm və hotelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eynilə iaşə obyektlərində masalar arasında azı 2 metr, insanlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı