hemle

Sabah 35 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq, külək əsəcək

Tarix:13-06-2024, 16:45
Baxış Sayı:747

Sabah 35 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq, külək əsəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.

Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi