hemle

Dəhşətli xəstəliyin dərmanı tapıldı - Yapon alimlərindən müjdə

Tarix:13-06-2024, 10:30
Baxış Sayı:764

Dəhşətli xəstəliyin dərmanı tapıldı - Yapon alimlərindən müjdə
Yaponiyanın Kioto Universitetinin alimlər qrupu "iPS" skrininqi əsasında innovativ yanaşmadan istifadə etməklə yan amiotrofik sklerozun (ALS) müalicəsində mühüm irəliləyiş əldə ediblər.

Onların 2019-cu ildə başlayan tədqiqatları bu xəstəliyə qarşı mübarizə aparmaq üçün potensial təsirli bir dərman olan "Bosutinib"in kəşfinə gətirib çıxarıb.

Xəstələrin dərisindən induksiya edilmiş kök hüceyrələrin artırılması və ALS patologiyasını modelləşdirmək üçün onların motor neyronlarına çevrilməsini əhatə edən klinik sınaqların birinci mərhələsi ümidverici nəticələr göstərib. Doqquz xəstədən beşində xəstəliyin inkişafında zəifləmə müşahidə edilib və bu, tədqiqatın ikinci mərhələsinə keçməyə stimul verdi.

26 xəstənin iştirak etdiyi sınağın ikinci mərhələsində 24 həftə ərzində "Bosutinib"dən istifadə edilib. Nəticələr göstərib ki, xəstələrin yarısının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb - 26 nəfərdən 13-də xəstəliyin gedişatının zəifləməsi müşahidə olunub.

Qeyd olunur ki, bu məlumatlar ümidvericidir və dərmanların gələcək inkişafı üçün əsas ola bilər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir