hemle

“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib

Tarix:11-06-2024, 17:23
Baxış Sayı:783

“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib
Fermer və sahibkarların rahat fəaliyyəti və yaranan problemlərinin yerində aradan qaldırılması məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında görüşlər təşkil edir.

Qurumdan verilən məlumata görə, belə görüşlərdən biri Göygöldə baş tutub.

Göygöl Gənclər Evində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) nümayəndələri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmçinin Göygöl İcra Hakimiyyətinin başçısının müavini iştirak edib.

Görüş zamanı fermer və sahibkarlara “Azərişığ”ın regionlarda həyata keçirdiyi quruculuq və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib.

Bildirilib ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, elektrik xətləri, dayaqlar, sayğaclar yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də Azad Qarabağda tam gücü ilə aparılır.

Həmçinin, qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, iştirakçıların fikirləri, təklifləri, tövsiyələri dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

“Azərişıq” yenidənqurma sahəsində olduğu kimi marrifləndirici tədbirlərini də Göygöllə yanaşı ölkənin digər bütün regionlarında davam etdirəcək.

Digər xəbərlər
21:30 2025-ci ilin may ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
21:25 Məşhur ekstrasensdən 2025-ci ilin sonu ilə bağlı QORXUNC PROQNOZ
21:22 Sabah bu ərazilərdə qaz olmayacaq
21:19 Azərbaycanda ən çox tələb olunan 5 peşə
21:17 Azərbaycan və Qazaxıstan birgə PUA təlimlərinə hazırlaşır
21:15 İlham Əliyev Baş prokuror vəzifəsinə namizəd irəli sürdü
16:47 Papanın dəfnində minlərlə əsgər hazır vəziyyətdə olub: Haradan hücum gözlənilirmiş?
16:45 İlham Əliyev Sumqayıtda bir sıra müəssisələrin açılışını etdi