hemle

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 18 % artıb

Tarix:11-06-2024, 17:00
Baxış Sayı:677

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 18 % artıb
Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı 17,8 % artıb.

Muxtar Respublikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, bu ilin 1 iyun tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 18 258 olub.

Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 18,2 % artıb və 506 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,2 % artaraq 5 709-a çatıb.

Həmçinin, yanvar-may aylarında Naxçıvanda 2 926 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bunların 2 790-ı fiziki şəxslər, 136-sı isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 19,1 % artıb.

Bu ilin birinci 5 ayında kommersiya qurumlarının 72,3 %-i elektron qaydada, 27,7 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Digər xəbərlər
20:59 Bu şagirdlərə attestat verilməyəcək
20:54 Bu saytlara girməyin! Pullarınız oğurlana bilər
20:48 Sabah bəzi ərazilər QAZSIZ QALACAQ
20:45 Azərbaycan ilə Çin arasında bir sıra sənədlər imzalandı
20:34 Xankəndidə işləmək istəyənlərin nəzərinə - Boş iş yerləri var
20:13 Fransada yeni təşkilat yaradıldı: Hər yeri yandırıb məhv edirlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI