hemle

Bakıda Yeni Kaledoniyadan olan jurnalistlərin iştirakı ilə dəyirmi masa və mətbuat konfransı keçiriləcək

Tarix:11-06-2024, 13:00
Baxış Sayı:677


İyunun 13-də Bakıda Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqerlər və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni Kaledoniyalı jurnalistlərin iştirakı ilə “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.

Tədbir Bakı Təşəbbüs Qrupu tərəfindən keçiriləcək.

Məlum olduğu kimi, Fransa təhlükəsizlik qüvvələri Yeni Kaledoniyada yerli Kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verib, habelə on nəfərdən artıq dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb və həbs edilib. Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarması tərəfindən törədilən vəhşilikləri dünya ictimaiyyətindən gizlətməq məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün də Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edir.

Konfransın məqsədi, həmçinin, Yeni Kaledoniya, o cümlədən Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına media vasitəsilə dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi – neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasının müzakirə edilməsidir. Yeni Kaledoniyadan yerli rəsmilər jurnalistlərin suallarını cavablandıracaqlar.

Tədbirdə 20-dən çox xarici media nümayəndəsinin iştirakı gözlənilir. Konfrans hibrid formada təşkil olunur.

Qeyd edək ki, konfransda iştirak etmək istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ