hemle

“Azəraqrartikinti”nin xalis mənfəəti 26 % azalıb

Tarix:7-06-2024, 10:10
Baxış Sayı:801

“Azəraqrartikinti”nin xalis mənfəəti 26 % azalıb
“Azəraqrartikinti” ASC 2023-cü ili 4,533 milyon manat xalis mənfəətlə başa vurub.

2022-ci illə müqayisədə 25,5 % azdır.

Ötən il “Azəraqrartikinti”nin vergiyəqədərki mənfəəti 5,666 milyon manat (əvvəlki ilə nisbətən 25,6 % az), mənfəət vergisi ödəmələri isə 1,133 milyon manat (25,6 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azəraqrartikinti”nin aktivləri 51,005 milyon manat olub ki, bu da illik müqayisədə 5,9 azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 40,6 % azalaraq 11,13 milyon manata düşüb, balans kapitalı isə 12,5 % artaraq 39,875 milyon manata çatıb.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,229 milyon manatdır. Şirkət bir sıra dövlət sifarişlərində icraçı olub.

Digər xəbərlər
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
12:29 Azərbaycan və Çin arasında beynəlxalq multimodal daşımalar haqqında Saziş imzalanıb
12:26 İlham Əliyevin Si Cinpin ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ
12:23 Azərbaycanla Çin arasında viza rejimi ləğv edildi
12:20 Baş nazir kimlərin maaşını və neçə faiz artırdı?
12:18 Prezidentlər Birgə Bəyanat imzaladılar