hemle

Azərbaycan bankları keçən il nə qədər mənfəət əldə edib? - SİYAHI

Tarix:16-01-2024, 17:08
Baxış Sayı:69

Azərbaycan bankları keçən il nə qədər mənfəət əldə edib? - SİYAHI


Azərbaycanda fəaliyyət göstərən 23 bank ötən illə bağlı hesabatlarını açıqlayıb.

Bankların, demək olar ki, hamısı mənfəət əldə etdiyini bildirib.

Bank sektorunun 2023-cü ildə xalis mənfəəti 1 milyard 84.2 milyon manat olub. 2022-ci ildə bankların 914.5 milyon manat xalis mənfəət əldə edib. Beləliklə, bankların 2023-cü ildə xalis mənfəətin həcmi əvvəlki illə müqayisədə 18.5% çox olub.

Qeyd edək ki, banklar arasında ən böyük xalis mənfəət əldə edən ABB-dir. Ötən il sözügedən bank 322.27 milyon manatlıq xalis mənfəət əldə edib. Bu, ümumi bank sektorunun 30%-ni təşkil edib.

İkinci sırada “Kapital Bank” ASC gəlir. Bank 2023-cü ildə 242.2 milyon manat xalis mənfəət qazanıb ki, bu da ümumi sektorun 22%-dən çoxu deməkdir.

Bank sektorundakı xalis mənfəətin 856 milyon 11 min manatı və ya 78,6%-i ən böyük 5 bankın, 989 milyon 41 min manatı və ya 91%-i 10 ən böyük bankın payına düşüb.

Ötən il 2 bank əməliyyat mənfəəti əldə etsələr də, onlardan biri "gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən xərc" ilə, digəri isə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara böyük məbləğdə vəsait ayırması ilə əlaqədar olaraq xalis zərər açıqlayıblar.

Beləliklə, bankların ötən ilki gəlirləri aşağıdakı kimi olub:

1. ABB - 322 269 970
2. Kapital Bank - 242 209 000
3. PAŞA Bank - 199 209 000
4. Xalq Bank - 52 070 290
5. Bank Respublika - 40 253 273
6. AccessBank - 39 838 000
7. Unibank - 32 931 000
8. Bank of Baku - 25 458 640
9. Yelo Bank - 20 761 470
10. Azər Türk Bank - 14 041 000
11. Naxçıvanbank - 13 129 970
12. Rabitəbank - 13 061 450
13. Expressbank - 12 015 010
14. Yapı Kredi Bank Azərbaycan - 12 002 260
15. Bank VTB Azərbaycan - 10 608 000
16. Ziraat Bank Azərbaycan - 8 512 600
17. AFB Bank - 7 652 490
18. Premium Bank - 7 453 000
19. Bank Avrasiya - 6 621 820
20. Azərbaycan Sənaye Bankı - 5 119 200
21. Bank Melli Iran. Bakı filialı - 3 871 287

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ