04.06.2024-cü il tarixində Bakı şəhəri 158 nömrəli tam orta məktəb rəhbərliyi və pedaqoji kollektivin iştirakı ilə tədbir keçirildi . Tədbirdə qeyd edildi ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ-07 nömrəli qərarı ilə "Təhsilverənlərin Etik Davranış qaydaları" təsdiq edilmişdir. Məktəb rəhbərliyi müəllimləri qəbul edilmiş yeni qaydalarla tanış edərək ,həmin qaydalara əməl edilməsinin məqsədəuyğunluğundan və vacibliyindən danışdı.Tədbirdə çıxış edən digər natiqlər ölkəmizdə gedən uğurlu inkişaf prosseslərinə mane olan məsələlərin aradan qaldırılmasının mühüm əhəmiyyətindən , korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin daima diqqət mərkəzində saxlanılmasından,eyni zamanda müəllimlərimizin ölkənin ictimai-siyasi həyatında göstərdiyi xüsusi xidmətlərdən danışıldı.
Orta məktəb gənc nəslin yüksək əxlaqi dəyərlərlə formalaşmasında ən vacib mərhələ olduğunu nəzərı alan tədbir iştirakçıları Gələcək işlərini daha müvəffəq planlarla qurmağı qarşıların məqsəf qoydular.
Könül Mahir.