hemle

Yapon dənizində böyük neft və qaz yatağı aşkarlanıb

Tarix:3-06-2024, 11:30
Baxış Sayı:769

Yapon dənizində böyük neft və qaz yatağı aşkarlanıb
Koreya Respublikasının şərqində Yapon dənizində potensial böyük neft və qaz yatağı aşkar edilib.
Bunu Koreya Respublikasının Prezidenti Yun Sok Yol brifinq zamanı deyib.

Phohan şəhəri yaxınlığındakı Yenil körfəzindəki yataqda təxminən 14 milyard barel neft və qaz ola bilər. Bu həcmdə neft Koreya Respublikasına 4 ilə, qaz isə 29 ilə çatacaq.

“Son tədqiqatlar yatağın 14 milyard barel neft və qaz ehtiyatına malik olması ehtimalının yüksək olduğunu göstərir, bu tapıntılar aparıcı tədqiqat institutları və ekspertlər tərəfindən təsdiqlənib”, - Yun Sok Yol deyib.

Onun sözlərinə görə, Koreya Respublikasının Ticarət, Sənaye və Energetika Nazirliyi kəşfiyyat qazma işlərinin planını təsdiqləyib. Onun ilkin nəticələri 2025-ci ilin birinci yarısında gözlənilir.

Ticarət naziri An Don Kın, 14 milyard barellik yatağın dəyərinin 328 milyard dollar dəyərində kapitallaşması ilə ölkənin ən böyük şirkəti olan “Samsung Electronics”dən beş dəfə çox olduğunu söyləyib. O, dəqiqləşdirib ki, yatağın ehtiyatlarının dörddə üçü qazdır.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ