hemle

Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək, tədrisə 2026-cı ilin sentyabrında başlanılacaq

Tarix:1-06-2024, 15:30
Baxış Sayı:790

Şuşa Real Məktəbi universitet və kollec səviyyəsində fəaliyyət göstərəcək, tədrisə 2026-cı ilin sentyabrında başlanılacaq
Şuşa Real Məktəbi ali təhsil və orta ixtisas səviyyəsində fəaliyyət göstərəcək təhsil müəssisəsi olacaq.

Bu fikirləri Şuşaya ezam olunan əməkdaşının sualına cavabında elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, planlamaya görə burada tədris 2026-cı ilin sentyabrında başlayacaq: "Məktəbdə təhsil istiqaməti əsasən incəsənət və mədəniyyət ixtisasları üzrə olacaq. Bura ümumi təhsil müəssisəsi formasında deyil, ali və orta ixtisas səviyyəsində fəaliyyət göstərən təhsil müəssisəsi olacaq".

E.Əmrullayevin sözlərinə görə, burada ali təhsil istiqamətində peşəkar kadr hazırlığı həyata keçiriləcək: "Şuşadakı bütün təhsil nüəssisələrinin, o cümlədən bu məktəbin bu və ya digər formada Qarabağ Universiteti ilə əlaqəsi olacaq. Filial və ya kollec formasında da ola bilər. İki ildən sonra Qarabağ Universitetinin fəaliyyətini qaydaya qoyduqdan sonra daha çox məlumat verə biləcəyik”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir