hemle

Azərbaycan millisinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq

Tarix:1-06-2024, 10:30
Baxış Sayı:768

Azərbaycan millisinin baş məşqçisi: Türkiyəyə məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq
Məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq.

Bunu AFFA-nın rəsmi saytına açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov deyib.

O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının I qrupunda “Ərzincan 13 Şubat” stadionunda Türkiyə yığması ilə keçirilən oyunu dəyərləndirib: “İlk növbədə oyuna görə komandamıza təşəkkür edirəm. Qızlar kollektiv olaraq son ana qədər xarakter göstərdilər. Düzdür, birinci hissənin sonunda hesabda geri düşdük. Şəxsi fikrim belədir ki, hakimlərin bəzi epizodlarda qərarları düzgün deyildi. Penalti epizodunu tam görmədim. Ancaq məncə, o cür penalti olmaz. Halbuki həmin ana qədər bizim də yüz faizlik penaltimizi hakim vermədi. Hakimlərin oyun ərzində qərarları çox gülünc idi. Məğlubiyyəti yalnız onların üzərinə də atmaq istəmirəm. Səhvlərimiz var idi. Səhvlərimizi görməli, onların üzərində işləməliyik. Bu məğlubiyyətin əvəzini Bakıda çıxmaq üçün maksimum çalışmalıyıq".

Mütəxəssis stadionda xoş ab-hava olduğunu vurğulayıb: "Bu gün tribunalarda xoş görüntü var idi. Həm Azərbaycan, həm də Türkiyə bayraqları dalğalanırdı. Bu cür gözəl görüntülərin qadın futboluna gəlib çatmasına görə çox sevindim. Əlbəttə, onlar öz komandalarını daha çox dəstəkləyirdilər. Ancaq sona qədər Azərbaycan bayraqlarını da dalğalandırdılar. Buna görə azarkeşlərə ölkəm, komandam və öz adımdan təşəkkür edirəm”.

Qeyd edək ki, görüş Türkiyə yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ