hemle

“Araz-Naxçıvan”ın baş məşqçisi: Hədəf öz dəst-xətti olan komanda formalaşdırmaqdır

Tarix:29-05-2024, 13:00
Baxış Sayı:768

“Araz-Naxçıvan”ın baş məşqçisi: Hədəf öz dəst-xətti olan komanda formalaşdırmaqdır
Hədəf öz dəst-xətti olan komanda formalaşdırmaqdır. İlk “üçlüy”ə və ya “dördlüy”ə iddia etmək sözlə olmur.

Bunu açıqlamasında “Araz-Naxçıvan”la yeni - 2024/2025 mövsümünün sonuna qədər müqavilə bağlayan baş məşqçi Elmar Baxşıyev deyib.

O, əvvəlcə futbolçularla bağlı məsələləri həll etmək istədiyini bildirib: “Ümumi plan odur ki, rəqabətədavamlı komanda formalaşdıraq. İndiki durumda komandada olan futbolçuların bir çoxunun müqavilə müddəti bitib. Bəziləri ilə yeni müqavilə bağlanıb, bəziləri ilə danışıqlara başlanılacaq. Say olaraq neçə futbolçu ilə vidalaşcağımız dəqiq deyil. Legionerlərdən Nuno Rodriqes, İqor Ribeyro, Kristian Avramla müqavilə bağlamışıq. Miço Kuzmanoviçdən isə cavab gözləyirik. Qarşıdakı günlərdə yerli futbolçular transfer edəcəyik. Əcnəbilərdən də bizə uyğun olanların üzərində dayanacağıq”.

Planda iki təlim-məşq toplanışı olduğunu, bunlardan birini ölkə daxilində, digərini xaricdə keçirməyi düşündüklərini söyləyən E.Baxşıyev yeni mövsüm üçün qarşıya qoyulan hədəflədən də danışıb: “İddianı göstərmək üçün buna uyğun komanda formalaşdırmaq lazımdır. Qarşımıza qoyulan hədəf yaxşı kollektiv yaratmaqdır. Rəqabətədavamlı komandan olmayandan sonra yalandan vəd vermək düzgün deyil. Bu, boş-boş danışmaq kimidir”.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir