hemle

ŞUŞA CƏNGAVƏRI ASƏF ABID OĞLU AĞAYEV

Tarix:28-05-2024, 13:24
Baxış Sayı:776

ŞUŞA CƏNGAVƏRI ASƏF ABID OĞLU AĞAYEV

Hər kəs səni Qarabağın müxtəlif yerlərində, xüsusilə Şuşada çəkdiyin videolarla tanımışdı. Hər kəsin sənə qibtə edəcək qədər mükəmməl bir ömür yaşadın. Böyük Vətən Uğrunda müharibədə savaşdın, Qələbə qazandın-Şuşanı-xəyallarımızı fəth etdin. Müqəddəs ziyarətimizi
təmizlədin. Zəfər paradında qürurla addımladın və ŞƏHİD olaraq doğma Qaxına qayıtdın... Rahat uyumağa... Ağayev Asəf Abid oğlu 1993-cü il noyabrın 24-də Qax şəhərində anadan olub. 2000-ci ildə Qax rayonunda orta məktəbə gedib. Onun uşaqlıqdan hərb işinə böyük marağı vardı. Buna görə də, anasının ürəyindən olmasa da 9-cu sinfi bitirdikdən sonra 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə oxuyub. Hərbi liseyi yüksək nəticə ilə bitirdikdən sonra Heydər Əliyev adına Bakı Ali Hərbi Akademiyasına daxil olub. Oranı da müvəffəqiyyətlə başa vurduqdan sonra 5
dil bilən Asəf Azərbaycanın Ordu sıralarında xidmət etməyə başlayıb. Asəfin hərbə olan marağı təsadüfi deyil. Atası Azərbaycan Ordusunun zabiti Abid Ağayev Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Vətən müharibəsinin ilk günlərindən başlayaraq, Füzulidən Şuşaya qədər döyüş yolu keçən Asəf üçün ailəsi qurban da kəsmişdi müharibədən sağ-salamat çıxdığı üçün. 16 dekabrda məzuniyyətlə evlərinə qayıtmalı imiş.
Amma erməni terrorçularının həyata keçirdiyi təxribat onun yenidən vəzifəsinin başına qayıtmasına səbəb oldu. Ailə üzvləri ilə olan sonuncu yazışmasında hələ bir neçə erməni yaraqlısının Qarabağda qaldığını və onları məhv etməli olduqlarını qeyd edib. Ailəsi onun dekabrın 16-da geri qayıdacağını gözləsə də o həmin ayın 18-də qayıdır, amma Şəhid kimi... Asəfin şəhadət xəbəri hər kəsi çox sarsıdır. Axı o, Qalib Ordunun Müzəffər əsgəri idi. Axı Asəf müharibənin odunun, alovunun içindən çıxmışdı. Əvvəlcə heç kim xəbərə inanmaq istəmir. Amma... Atası
xəstə olduğu üçün pis xəbəri ondan gizlətməyə çalışmışdılar. Amma nə qədər? «Pis xəbər tez yayılar» misalında deyildiyi kimi, gecə olan hadisənin sorağı səhəri gün Azərbaycanın hüdudlarını da aşdı. Türkiyədə də Asəfdən danışıldı. Şəhadətindən əvvəl olduğu kimi şəhadətindən sonra da hər kəsi bir yerə topladı. Minlərlə insan onun cənazəsini qarşıladı və yola saldı. Asəf Azərbaycan dekabrın 17-də Xocavənd rayonunda içində olduğu avtomobilin minaya düşməsi nəticəsində şəhid olub. Zabitimiz özünün «igidlərin yatdığı yer» adlandırdığı Qax şəhərinin
Şəhidlər Xiyabanında dəfn olunub. Şuşa cəngavəri Asəf Ağayev şəhadətindən sonra “Vətən uğrunda”, «Cəbrayılın azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə», “Füzulinin azad olunmasına görə“, ”Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə“
III-cü dərəcəli medalları və “Azərbaycan bayrağı“ ordeni ilə təltif olunu
Səhər Manaf

Digər xəbərlər
16:02 Sürücülər DİQQƏT: 40 manat cəriməsi var
15:57 İran səfirliyimizə hücum edən şəxslə bağlı qərar verdi
15:53 İrəvanın sərhəddə yeni oyunu: Qərb qüvvələri qalacaq?
15:49 Bu şəxslər 1500 manatədək cərimə ediləcək
15:47 Müəllimlər üçün güzəştli kart hazırlanır: Nələr daxildir?
10:51 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:37 Ukrayna ordunu bu istiqamətdə toplayır: Rusiyaya kütləvi hücum başlayır?
09:50 Türkiyədə faciə qurbanlarının sayı YENƏ ARTDI