hemle

İmdad Əlizadə: "Doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərdən də müraciətlər alırıq"

Tarix:24-05-2024, 10:30
Baxış Sayı:768

İmdad Əlizadə: "Doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərdən də müraciətlər alırıq"
"Keşmiş məcburi köçkünlərdən bizə daxil olan müraciətlərin çoxu köçlə bağlıdır".

Bunu açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü İmdad Əlizadə deyib.

O qeyd edib ki, doğma yurda qayıdanlardan da şuraya müraciətlər daxil olur:

"Əlamətdar günlərdən birini yaşayırıq. Laçının Sus kəndinə növbəti köç karvanı yola düşür. Bir zamanlar həsrətini çəkdiyimiz torpaqlara köçü müşayiət etmək, köçdə iştirak etmək mənim üçün çox qürurvericidir. Hər bir məcburi köçkün öz doğma yurduna qayıtmaq üçün səbirsizlənir.

İctimai Şuraya daxil olan müraciətlər içərisində üstünlük də məhz köçlə bağlıdır. Hamı nə zaman köçəcəyini soruşur. Eyni zamanda, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərdən də müraciətlər alırıq. Bu daha çox məşğulluqla bağlıdır.

Mərhələli şəkildə bütün məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Bu hamımıza bir yuxu kimi gəlir. Bu yuxumuzu çin edən ordumuza, Ali Baş Komandanımıza, şəhidlərimizə borcluyuq".

İ.Əlizadə özü də Laçına köçməyi səbirsizliklə gözlədiyini qeyd edib:

"Mən özüm də laçınlıyam. Səbirsizliklə köçəcəyim günü gözləyirəm. Allah bütün məcburi köçkünlərimizə doğma yurdlarına qayıtmağı nəsib etsin".

Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçının Sus kəndinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (140 nəfər) öz doğma yurduna köçürülüb.

Xatırladaq ki, indiyədək Sus kəndində 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib.

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ