hemle

Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Tarix:21-05-2024, 09:30
Baxış Sayı:768

Bakı ilə London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.
Bunu Azərbaycanın Londondakı səfiri Elin Süleymanov deyib.

"Britaniya Lordlar Palatasında Azərbaycanın təhsil naziri Emin Əmrullayevə, eləcə də Təhsil Nazirliyindən və "British Council"dan olan həmkarlarımıza göstərilən səmimi qəbula görə Baronessa Emma Nikolsona (Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət nümayəndəsi - red.) təşəkkür edirəm.

Həmişə olduğu kimi, Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq haqqında çox məhsuldar söhbət aparılıb", - deyə diplomatın sosial şəbəkədəki paylaşımında bildirilib.

Qeyd edək ki, Azərbaycanın təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-22-də Londonda keçiriləcək Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.

Böyük Britaniya
Lordlar Palatası
Elin Süleymanov
Emin Əmrullayev

Digər xəbərlər
14:05 "Azəriqaz" İB-nin baş direktoru İsmayıllı rayonunda 50-yə yaxın vətəndaşı qəbul edib
10:35 Dələduzluğun yeni növü yayılıb - Diqqətli olun!
10:33 Qoxuların insan beyninə təsiri: Nevroloqdan maraqlı açıqlama
10:31 Oruc tutanda başınız ağrıyırsa, bunu oxuyun
10:29 Sabah qeyri-iş günüdür?
10:23 Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
10:17 Azərbaycandan Fələstin uşaqlarına böyük JEST
10:15 Qızıl almaq istəyənlərin nəzərinə - Aldadıla bilərsiniz (VİDEO)