hemle

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Tarix:18-05-2024, 12:30
Baxış Sayı:768

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
44 günlük Vətən müharibəsinin, sözsüz ki, ən həyəcanlı anlarından biri Prezident İlham Əliyevin tvitləri, xalqa müraciətləri, eyni zamanda beynəlxalq mediaya verdiyi müsahibələr idi. Azərbaycan xalqı müharibənin gedişatı, əldə olunan uğurlar barədə məhz sözügedən fəaliyyətlər sayəsində xəbər alırdı. İşğaldan azad edilən kəndlərin, qəsəbələrin, rayonların adları sadalandıqca nəfəslər kəsilir, hər kəs işğaldan azad edilən növbəti şəhər və kəndin adını həsrətlə gözləyirdi. Şuşa şəhərinin azad olunması xəbərini isə xalqımız xüsusi səbirsizliklə gözləyirdi. Çünki Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Şuşa Azərbaycanın gözüdür. Prezident İlham Əliyev də dəfələrlə müsahibələrində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar!

Məhz müharibənin 43-cü günü Azərbaycan xalqının gözlədiyi həmin an gəldi və Prezident İlham Əliyev azad Şuşanın müjdəsini verdi. Elə o andan Şuşanın azadlığı qələbəmizin əsas simvoluna çevrildi...

32 illik həsrət bitdi və artıq mədəniyyətimizin beşiyi Şuşaya böyük qayıdış başlayıb. Şuşalılar illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri dönürlər. Tarixi izləyərək yaşadığımız son 4 ildə yenə unudulmaz anlara şahidlik edirik.

Bu dəfə isə Şuşaya şuşalıların yurd sevincini bölüşməyə gəlmişik.

Şuşanın özünəməxsus dumanı yerini leysan yağışla əvəzləyib. Buna baxmayaraq, köç işləri durmadan davam edir. Başqa sözlə, Şuşaya köç öz bərəkəti ilə gəlib...

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ