hemle

Qarabağda Gənclər şəhərciyinin salınması təklif edilir

Tarix:15-05-2024, 15:30
Baxış Sayı:768

Qarabağda Gənclər şəhərciyinin salınması təklif edilir
Qarabağda Gənc ailə, yaxud Gənclər şəhərciyinin salınmasını arzu edirik.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusuna konfransda çıxışı zamanı deyib.

O bildirib ki, BMT tərəfindən təsis edilən “Beynəlxalq Ailə İli”nin arıtq 30-cu ildönümüdür: "Əlbəttə, yubiley qarşısında hər bir dövlət dünyaya ən qiymətli resursu - ailə institutu ilə birgə çıxır. Çoxmillətli, çoxdinli və mədəni müxtəlifliyi ilə öyünən, daim fərqli sivilizasiyaların uzlaşma məkanı kimi çıxış edən Azərbaycan özünün ən böyük sərvəti-milli varlığını, tarixini, ənənələrini və min illərdir dünya siyasi xəritəsində mövcudluğunu qoruyub saxlayan milyonlarla ailənin vahid Vətəni kimi çıxış edir".

Deputatın sözlərinə görə, böyük mənəvi-ideoloji əhəmiyyəti olan “Ailə Günü”, eləcə də əksər dünya ölkələrində təntənə ilə keçirilən “Analar Günü” və “Atalar Günü" mahiyyət etibarilə bir məqsədə - millətin özülünü, nüvəsini təşkil edən, onun müqəddəs ideallarını fiziki, mənəvi və siyasi cəhətdən gerçəkləşdirməyə qadir olan ailə institutunu inşa etməyə, onu qorumağa və fasiləsiz vəhdətdə nəsillərarası bağların təminatına xidmət edir: "Min illik arzularını reallaşdıran, milli azadlığına qovuşan xalqımızın 90-cı illərdən sonra məruz qaldığı ağır işğal və humanitar böhranın ən böyük zərbəsi məhz Azərbaycan ailəsinə dəymişdi. 30 ildən sonra qazandığımız parlaq Qarabağ Zəfəri, ilk növbədə, “qaçqın və məcburi köçkün ailələr” məfhumunu tarixə qovuşdurmaqla gələcəkdə öz doğma torpaqlarında doğulub böyüyən, öz isti evini, ocağını və şəxsi həyatını qurub-yaradan, bir daha o yurdları tərk etməyən azərbaycanlı ailələr deməkdir".

Digər xəbərlər
09:55 Bu vitamin çatışmazlığı xəstəliyə səbəb olur
09:52 Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video
09:50 Bünövrədən, yoxsa hazır binadan mənzil alaq? - Hansı daha SƏRFƏLİDİR?
09:46 Sağlam uşaq doğan ən uyumlu qan qrupları
09:43 Göyərçinlər xəstəlik yayır - Alimlərdən XƏBƏRDARLIQ
09:37 Çindən Rusiyaya gözlənilməz ZƏRBƏ - İmtina prosesi başladı
09:34 Bu gün xristian aləmi Pasxa bayramını qeyd edir
09:30 Dubay şokoladı ABŞ və İranı PROBLEMLƏ ÜZLƏŞDİRDİ