hemle

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU

Tarix:13-05-2024, 17:45
Baxış Sayı:675

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
Ölkə ərazisində mayın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Vurğulanıb ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-13, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 55-60% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14, gündüz 15-18, dağlarda gecə 0-5, gündüz 5-8 dərəcə isti olacaq.

Digər xəbərlər
21:45 Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
10:05 Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
10:03 Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
10:00 Tramp Putinə savaş elan etdi: Bu iki lider görün ona hansı məlumatı çatdırıb
09:58 Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq
09:53 Bakıda evlər kəskin bahalaşdı: Səbəbi bəllidir
09:47 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə BAXACAQ
09:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bu tarixdə bərpa ediləcək