hemle

Azərbaycan Basketbol Liqasında növbəti finalçının adı bəlli olacaq

Tarix:11-05-2024, 09:00
Baxış Sayı:678

Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində bu gün daha bir oyun keçiriləcək.

"Sərhədçi" İdman Mərkəzində "Xəzri" və "NTD-İndiqo" arasında ikinci oyun baş tutacaq.

Görüşün start fiti saat 19.30-da səslənəcək. Komandaların ilk görüşü "Xəzri"nin 63:61 hesablı qələbəsi ilə başa çatıb. "NTD-İndiqo" qələbə qazanacağı təqdirdə, mayın 13-də üçüncü görüş olacaq.

Qeyd edək ki, yarımfinalın digər cütündə "Xırdalan" ilə "Sabah" komandaları qarşılaşıb. Mayın 10-da baş tutan matçda 81:62 hesablı qələbə qazanan ikincilər finala yüksəliblər.

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir