hemle

Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb

Tarix:8-05-2024, 17:00
Baxış Sayı:675

Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb.

Komitədən bildirilib ki, Türkiyənin İzmir şəhərində keçirilən, Türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası çərçivəsində iştirak edib.

Festival iştirakçılarının diqqətinə Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini Prezident İlham Əliyev daim diqqətdə saxladığı, bununla bağlı məsələlər dövlət siyasətinin prioritetləri sırasında olduğu çatdırılıb. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdən olduğu qeyd edilib.

Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyatı və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər “Səssiz şahidlər: türk boylarına səyahət” adlı festivalın ilk günün təşkil edilən sərgidə nümayiş olunub.

Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın “İnsan haqlarına töhfə” mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.

Qeyd edək ki, film festivalında iştirak üçün ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR