hemle

8 may Şuşanın anım günüdür.

Tarix:8-05-2024, 11:30
Baxış Sayı:678

8 may Şuşanın anım günüdür.

8 may tariximizə möhürlənmiş Şuşa faciəsinin anım günüdür. Əslində Şuşa üzərinə hücumlar aprel ayının 27 dən başlanmışdı. Lakin 8 mayda verilmiş Şuşaya erməni və ermənipərəst qüvvələrin birləşmiş hücum əmri sanki Şuşanın işğalını rəsmiləşdirdi. Şuşaya olan hücumları intensivləşdirdi. Şuşanın işğalı Laçın Dəhlizi vasitəsi ilə Dağlıq Qarabağın ermənistanla birləşdirilməyinə və Xankəndinin işğalının sona çatmasına zəminə idi. Şuşanın işğalı ermənilər üçün əlçatmaz idi. Lakin Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Mayın 8-ə keçən gecə şiddətli artilleriya zərbələri altında can verən Şuşa səhər saatlarında 1000- ə yaxın erməni əskərinin hücumuna məruz qaldı. Hansı ki mayın 6-dan etibarən- Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin cəbhə xəttindən geri çəkmişdi. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi . Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri-bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. .Xocalı üzərinə hücum zamanı xüsusi "qəhrəmanlıq" göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir "qəhrəman" kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı.
1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Şuşa uğrunda və ətrafında baş verən döyüşlər nəticəsində 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırıldı.
Əsir Qarabağın 30 illik fəğanı ərşə dirəndi. 30 il əvvəl didərgin düşdüyümüz yurdlarımızdan bizi təkcə cismən qovmamışdıla . Həm də milli yaddaşımızı, mədəniyyətimizi, Qarabağla bağlı köklərimizi mənəviyyatımızdan söküb aparmışdılar.
Nəhayət 2020-ci ilin payızı zəfər gətirdi bizə.Qələbəni anbaan yaşadıq. Qələbəmizin kulminasiyası 8 noyabrda tamamlandı. Hamimiz bütün azərbaycanlı heysiyyatımızla qürurla əbədi zəfər himnini oxuduq-Şuşa bizimdir! Şuşada 1800 nəfərə qarşı sarsılmadan, mövqelərini tərk etmədən Şuşa ilə, Şuşanın əslərlə formalaşan tarixi mədəniyyəti, təbiəti, tarixi abidələri, İlə şəhid olan qəhrəmanları şəhidlərimizin ruhu şad olsun! ŞUŞA BİZİMDİR!
Səhər Şıxəli Manaf

Digər xəbərlər
21:54 Aşıq Mikayıl Azaflı – 100 Qoca Azaflıyam, dilim var, lalam
21:49 Göyçaydakı hadisənin səbəbi qida zəhərlənməsi deyil - AQTA
21:44 "WhatsApp"da yeni funksiya
21:42 Azərbaycanda bu sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
21:40 Wi-Fi-ı söndürmədən yatmayın - Diqqət
21:36 Ürək cərrahı ölümcül riskləri müəyyənləşdirən 5 dəqiqəlik ev testini açıqladı
21:34 Azərbaycanla İran arasında əməkdaşlıq sənədi imzalandı
21:30 Rusiya böyük savaşa hazırlaşır: Putin hər an hücum əmri verə bilər