hemle

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45 %-ə yaxın artıb

Tarix:6-05-2024, 15:00
Baxış Sayı:659

Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı 45 %-ə yaxın artıb
Bu ilin aprel ayında Bakı metrosunda QR biletdən istifadə edənlərin sayı əvvəlki ayla müqayisədə 44,8 % artıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, aprel ayı ərzində 257 min 198 sərnişin (mart ayında - 177 min 567 sərnişin) bu üsula müraciət edib. Orta statistik hesabla gün ərzində 8 573 sərnişin (mart ayında - 5 723) QR bileti seçib.

“28 May” stansiyası QR biletlə ay ərzində ödəniş rekordunu qoruyub saxlayıb - 24 min 164 sərnişin. İkinci yerdə olan metronun “Gənclik” stansiyasında da bu üsulla ödəniş edənlərin sayı ay ərzində 20 mindən artıq olub (21 min 455).

QR biletlə gedişhaqqı ən çox aprelin son günü qeydə alınıb və bu, xidmət istifadəyə verildiyi vaxtdan bir gün ərzində ən yüksək göstərici hesab olunur - 12 min 107 sərnişin.

Qeyd edək ki, 2023-cü ilin dekabr ayının 30-dan Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəmə sisteminin tətbiqinə başlanılıb.

Digər xəbərlər
21:45 Bakıda BÖYÜK SÖKÜNTÜ - Bu ərazilər plana düşür
10:05 Enerji içkilərinin uşaqlar üçün qorxulu FƏSADLARI
10:03 Gözlərin altındakı qara dairələr nəyin işarəsidir?
10:00 Tramp Putinə savaş elan etdi: Bu iki lider görün ona hansı məlumatı çatdırıb
09:58 Moskva bu dəfə İrəvana erməni vasitəsilə xəbərdarlıq etdi: Aqibətiniz yaxşı olmayacaq
09:53 Bakıda evlər kəskin bahalaşdı: Səbəbi bəllidir
09:47 Milli Məclis bu gün Kamran Əliyevin məsələsinə BAXACAQ
09:44 Bakı-Tbilisi sərnişin qatarının fəaliyyəti bu tarixdə bərpa ediləcək