ONN media bu günün qoroskopunu təqdim edir.
Qoç – çətin, eləcə də, yaradıcı yanaşma və qeyri-standart qərarlar tələb edən işlərlə məşğul olmaq məsləhət deyil. İnsanları, hətta, ən yaxınlarınızı da başa düşməkdə çətinlik çəkəcəksiniz. Bir çox vacib qərarları şəxsən, heç bir müzakirə aparmadan və məsləhət gözləmədən qəbul etməli olacaqsınız.
Buğa – sıxıntıya mağazaları gəzmək, dostlarla görüş və kübar həyatda fəal iştirakla qalib gəlmək səyləri nəticə verməyəcək. Yalnız sizi yaxşı tanıyan insanlardan biri nikbinliyinizi qaytarmağa kömək edəcək sözləri tapa bilər.
Əkizlər – yaxınlarınızla fikir ayrılıqları mümkündür. Lakin sonda razılığa gəlmək mümkün olacaq. Ailə biznesinə başlamaq, ümumiyyətlə, qohumlarla birlikdə istənilən planı həyata keçirmək üçün əlverişdi gündür.
Xərçəng – ünsiyyət dairəsi genişlənəcək. Gün yeni tanışlıqlar və maraqlı görüşlərlə yadda qalacaq. Əvvəllər dostluq etdiyiniz adamlar sizi görməkdən şad olacaqlar. Şəraitdən köhnə əlaqələrin bərpası üçün istifadə etmək olar. Amma sönmüş romanı yenidən canlandırmağa cəhd etməyin – bu, problemlərdən başqa heç nəyə gətirib çıxarmayacaq.
Şir – dərhal nəsə arzulayın! Onun həyata keçməsini çox gözləmək lazım olmayacaq. Bu gün gözlənilməz möhtəşəm uğurlarla yadda qalacaq. Özü də bu uğurları əldə etmək üçün ciddi səy göstərməyə gərək qalmayacaq. Əsas bədxahınız üzərində həlledici qələbə mümkündür.
Qız – Bu gün təsləskənlik tələb etməyən işlərlə məşğul olmaq lazımdır. Uzun müddətdə yığılan işlərin öhdəsindən yavaş-yavaş, düşünərək və sakit şəkildə gələ biləcəksiniz. Gün başgicəlləndirici emosiyalar vəd etməsə də, hadisələr düzgün qərarlar qəbul etməyə, doğru nəticəyə gəlməyə, gələcək planlarınızı müəyyənləşdirməyə və kimin dost, kimin düşmən olduğunu dəqiqləşdirməyə imkan verəcək.
Tərəzi – bu gün özünüzün yaxşı keyfiyyətlərinizi nümayiş etdirəcək və böyük uğurlar əldə edəcəksiniz. Gün nüfuzlu şəxslərlə danışıqlar, vəzifə artımı ilə bağlı məsələlərin müzakirəsi üçün münasibdir. Maraqlı iş təklifləri mümkündür. Bəzi Tərəzilər şöhrət qazanmaq şansı əldə edəcəklər.
Əqrəb – O qədər də pis gün deyil. Sadəcə olaraq, onun qiymətini hiss etmək lazımdır. İlkin mərhələdə fikir ayrılıqları yaransa da, məhsuldar əməkdaşlıq mümkündür. Çoxları bu gün düşündüklərini birbaşa dilə gətirirlər. Bu, çətin vəziyyətlərə səbəb olur. Amma digər tərəfdən, bunun sayəsində çox şeyə aydınlıq gətirmək, anlaşılmazlıqlardan qaçmaq mümkün olacaq.
Oxatan – anlaşılmazlıqlar yaranacaq. Sizi daha çox bundan sonra nəyin qaydasında getməyəcəyini müəyyənləşdirə bilməmək əsəbiləşdirəcək. Hirslənəcək, diqqətinizi cəmləşdirə bilməyəcək və səhvlər buraxacaqsınız. Bunlar isə günü qeyri-məhsuldar edəcək. Səfərlərdə çox ehtiyatlı olun. Bədbəxt hadisə ehtimalı olduqca yüksəkdir.
Oğlaq – intuisiyanız çox güclüdür. Bu, çətinliklərə qalib gəlmək, prespektivli layihələri seçmək, birmənalı olmayan vəziyyətlərdən baş çıxarmağa kömək edəcək. Əvvəllər sizə maraqlı görünməyən sahələrə gözlənilmədən maraq göstərməyə başlayacaqsınız. Bəzi Oğlaqlar qeyri-adi qabiliyyətə malik olduqlarını təəccüblə üzə çıxaracaqlar.
Dolça – bu gün fikri sizin üçün vazib olan insanlarda yaxşı təəssürat yarada bilərsiniz. Axatardığınız adamları – köməkçiləri, müttəfiqləri, dostları, pərəstişkarları tapacaqsınız. Gün təşkilati məsələlərin həlli üçün əlverişlidir.
Balıqlar – olduqca çətin gündür. Böyük həvəslə qurduğunuz planlar həyata keçməyəcək və bundan heç kimin günahı yoxdur. Bütün arzuların həyata keçmədiyi ilə barışmaq lazımgələcək. Amma bu o qədər də asan deyil: əhvalınız korlanacaq, ümidsizliyə qapılacaqsınız, vacib nəyisə itirdiyinizi hiss edəcəksiniz.
ONN İnformasiya Agentliyi