hemle

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb

Tarix:4-05-2024, 09:30
Baxış Sayı:770

İlham Əliyevin ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırıb.
Bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.

“COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Respublikasının Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş hörmətli həmkarlarına çatdırılıb”, – Azərbaycanın dünya təşkilatındakı diplomatik missiyası qeyd edib.

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı